EN

Azərbaycan neftinin qiyməti 132 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,3 ABŞ dolları və ya 3,36% artaraq 132,35 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 128,05 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Telegram kanalımız
Chosen
31
49
yenisabah.az

10Sources