EN

Dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi

ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Publika.az xəbər verir ki, ötən gün Avropa və qitələrarası zonası üzrə birlikdə baş tutan 6 oyundan sonra son 6 iştirakçının adı müəyyənləşib.

Avropadan Türkiyə, Bosniya və Herseqovina, Çexiya və İsveç, qitələrarası zonadan isə Konqo Demokratik Respublikası və İraq mundialda iştirak etmək hüququ qazanıb.

Çexiya Danimarkanı (2:2; p-3:1), Bosniya və Herseqovina isə İtaliyanı (1:1; p-4:1) penaltilər seriyasında məğlub edərək finala vəsiqə qazanıblar. Digər matçlarda Türkiyə Kosovonu 1:0, İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə ediblər.

Qitələrarası zonada isə Konqo DR Yamaykanı əlavə vaxtda üstələyib - 1:0. İraq isə Boliviyaya 2:1 hesabı ilə qalib gəlib - 2:1.

Chosen
24
publika.az

1Sources