EN

Azərbaycanlı FİFA referisi ilk dəfə beynəlxalq oyunu idarə etdi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı FİFA referisi ilk dəfə beynəlxalq oyunu idarə etdi

Azərbaycanlı FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.

QOL.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirilən Niderland – Belarus matçının baş hakimi olub.

Qurbanov Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 3 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki, qonaqların isə 1 oyunçusunda rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, digər azərbaycanlı hakim Asiman Əzizli isə Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
3
qol.az

4Sources