EN

Həkim səhvi ucbatından 7 ci dəfə əməliyyat olunacaq Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Türkiyəli aktrisa Aslı Bekiroğlu keçirdiyi çətin sağlamlıq prosesindən ilk dəfə ətraflı danışıb.

“Qafqazinfo”nun xəbərinə görə, o bildirib ki, uğursuz cərrahi müdaxilə nəticəsində həyatı ciddi təhlükə ilə üzləşib.

Aktrisanın sözlərinə görə, təxminən iki il əvvəl keçirdiyi miomektomiya əməliyyatından sonra ağırlaşmalar yaranıb və bu səbəbdən ümumilikdə altı dəfə əməliyyat olunmalı olub.

Bekiroğlu əlavə edib ki, bu əməliyyatlardan ikisi 8-9 saat davam edib və həkimlər onun ölümdən çətinliklə xilas olduğunu bildiriblər. Aktrisa yeddinci dəfə əməliyyat olunacağını deyib.

“Bu paylaşımı etmək mənim üçün asan olmadı. Sadə görünən bir əməliyyatla başladı, amma edilən səhvlər səbəbindən çox daha ağır bir prosesə çevrildi. 2-3 dəfə ölümdən döndüm”, – deyə o qeyd edib.

Aktrisa bu müddətin həm fiziki, həm də psixoloji baxımdan son dərəcə ağır keçdiyini vurğulayıb. O, bəzi həkimlərin məsuliyyətdən yayınmağa çalışdığını iddia edərək, hüquqi addımlar atmağa qərar verdiyini də açıqlayıb.

Bütün çətinliklərə baxmayaraq, müsbət ruh halını qorumağa çalışdığını deyən Bekiroğlu açıqlamasını yumorla tamamlayıb:

“Deyirlər ki, səni öldürməyən şey səni gücləndirir. Son əməliyyatdan sonra, yəqin ki, “Terminator”a çevriləcəyəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
qafqazinfo.az

1Sources