EN

Nyu-Yorkda 65 yaşlı kişi əldəqayırma partlayıcı qurğu hazırladığı üçün həbs edilib

Bakı. Trend:

Amerikanın Nyu-York ştatının Uayt Pleyns şəhərində polis 65yaşlı Reymond Eldersi kütləvi qırğın silahlarının istehsalı vəistifadəsi ittihamı ilə həbs edib.

Trend xəbər verirki, bu barədə "CBS News" məlumat yayıb.

Məlumata görə, Eldersin evində 25 ədəd əldəqayırma partlayıcıqurğu (ƏPQ) aşkar edilib.

Hadisədən əvvəl Eldersin qonşuları ərazidə bir sıra partlayışsəsləri eşidərək polisə zəng ediblər. Polis tezliklə 65 yaşlıkişini həbs edib və müstəntiqlər onun evində ƏPQ hazırlamaq üçünmateriallar tapıblar.

Prokurorluqda Eldersin küçənin səkisində əlində partlayıcı qurğuvə alışqan tutduğu görüntüləri müşahidə kameralarından təqdimedilib. Videolarda onun ƏPQ-ni yandırıb uzaqlaşdığı, daha sonra isəpartlayışın baş verdiyi görünür.

Chosen
69
az.trend.az

1Sources