EN

Polşa məxfi təlim keçirir: Müharibəyə hazırlıq...

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Polşa mümkün müharibədə cavab tədbirlərini koordinasiya edəcək "Edge" kod adlı strateji təlimlər keçirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə "Reçpospolita"nın məlumatında deyilir.

Təlimlər Polşa Milli Müdafiə Nazirliyi tərəfindən təşkil olunur. Onlara hökumətin və hərbi komandanlığın dəstəyi ilə Polşa Prezidenti Karol Navrotski rəhbərlik edəcək.

Polşa Milli Müdafiə Nazirliyinin nümayəndələri jurnalistlərə bildiriblər ki, təlimlərə hazırlıqla bağlı bütün məlumatlar məxfi saxlanılır. Nəşr vurğulayıb ki, bunlar dörd ildən bir keçirilməsi planlaşdırılan vacib təlimlərdir, lakin sonuncu dəfə 2019-cu ildə təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
axar.az

1Sources