EN

DÇ 2026: Avropa zonası üzrə pley off mərhələsinə yekun vurulub

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılaşması baş tutub.

BAKU.WS xəbər verir ki, görə, İtaliya səfərdə Bosniya və Herseqovinanın qonağı olub.

İsveç evdə Polşa, Çexiya isə Danimarka ilə üz-üzə gəlib. Türkiyə isə səfərdə Kosovo ilə görüşüb.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Final

31 mart

Bosniya Herseqovina - İtaliya 1:1 (4:1 - penalti)

İsveç - Polşa 3:2

Kosovo - Türkiyə 0:1

Çexiya - Danimarka 2:2 (3:1 - penalti)

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, indiyədək Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya, Belçika, Bosniya Herseqovina, İsveç, Türkiyə və Çexiya DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
22
baku.ws

10Sources