EN

Ankaranın Respublika Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq Ankaradakı Respublika Qülləsi üçrəngli Bayrağımızın rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, qərar Ankaranın Keçiören Bələdiyyəsinin rəhbərliyi tərəfindən qəbul edilib.

Bələdiyyə nümayəndələri 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən həyata keçirilən soyqırımı ilə bağlı Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

Ölkəmizin Türkiyədəki səfirliyi bu mənalı həmrəylik və qardaşlıq nümunəsinə görə Keçiören Bələdiyyəsinə minnətdarlığını bildirib.

Chosen
46
2
yeniazerbaycan.com

3Sources