EN

Pezeşkian və Əraqçı Tehranda keçirilən mitinqə qatıldılar...-FOTO+VİDEO

İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı  gecə saatlarında "12 fərvərdin İslam Respublikası Günü" ilə bağlı tədbirdə iştirak edirlər.
 
Moderator.az xəbər verir ki, bu haqda "Azad İran" telegram-kanalı məlumat yayıb.
 
Qeyd edilir ki, 1 aprel 1979-cu ildə (12 Fərvərdin 1358-ci şəmsi ili) keçirilmiş referendumun və İranın siyasi sistemi olaraq İslam Respublikasının seçilməsinin ildönümüdür.
 
Xatırladaq ki, dünən  - 31 mart və 1 aprelə keçən gecə İranın digər iri şəhərləri kimi paytaxt Tehranın da ABŞ-İsrail ctülüyü tərəfindən bombalanması davam edib. 

 

 
Chosen
43
moderator.az

1Sources