EN

Qaranlıq qorxusuna necə qalib gəlməli?

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qaranlıq qorxusu uşaqlarda yaşla bağlı ən çox rast gəlinən hallardan biridir və bu, birbaşa təxəyyülün inkişafı ilə əlaqələndirilir.

Lent.az xəbər verir ki, rusiyalı uşaq psixoloqu və pedaqoqu Dariya Dugentsova "Russia Today" nəşrinə müsahibəsində bu qorxunun kökündə duran səbəblərdən danışıb.

Mütəxəssis bildirib ki, uşaqlar artıq xəyal qurmağa başladıqları üçün qaranlıqda müxtəlif obrazlar təsəvvür edirlər:

"Uşaqlar hələ fantaziyanı reallıqdan ayıra bilmirlər. Bu, tamamilə normaldır, çünki tənqidi düşüncə onlarda bir qədər sonra inkişaf edir".

Dugentsova vurğulayıb ki, uşağın hislərinə laqeyd yanaşmaq olmaz. Onun emosiyalarını qəbul etmək, "indi qorxmağın normaldır" kimi fikirlər səsləndirmək narahatlığı dərhal azaldır. Qorxunun öhdəsindən gəlmək üçün aşağıdakı üsullar effektivdir:

- Yumşaq işıqlandırma: Gecə lampalarından istifadə etmək;

- Yuxu ritualları: Yatmazdan əvvəl nağıl oxumaq, duş qəbul etmək və dişləri fırçalamaq;

- "Qoruyucu əşyalar": Sevilən oyuncaqlarla yatmaq;

- Emosional sabitlik: Böyüklərin sakit olması uşağa birbaşa müsbət təsir göstərir.

Böyüklərdə qaranlıq qorxusunun qarşısını almaq üçün gündəlik vərdişlər və yatmazdan əvvəl tətbiq edilən rituallar mühüm rol oynayır. Bu rituallar psixikada təhlükəsizlik hissini gücləndirir.

Əgər qorxu sizi üstələyirsə, bu üsulları sınayın:

1. Kvadrat nəfəs texnikası: Nəfəsi tənzimləməklə sinir sistemini sakitləşdirmək;

2. Obyektlərin sadalanması: Ətrafdakı əşyaları görməyə və adlandırmağa çalışmaq;

3. Fiziki dərketmə: Başın yastığa toxunuşunu və ya bədənin vəziyyətini hiss edərək "burada və indi" anına köklənmək.

Mütəxəssis əlavə edib ki, əgər qorxunu təkbaşına dəf etmək mümkün deyilsə, peşəkar psixoloqa müraciət etmək ən doğru addımdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
lent.az

1Sources