EN

Tramp İranla bağlı xalqa müraciət edəcək

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü, 1 aprel tarixində İrana qarşı hərbi əməliyyatla bağlı xalqa müraciət edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt "X" sosial şəbəkəsində məlumat verib.

"ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Vaşinqton vaxtı ilə saat 21:00-da İranla bağlı mühüm yenilikləri təqdim etmək üçün xalqa xüsusi müraciət edəcək", — deyə o yazıb.

Bundan qısa müddət əvvəl Amerika lideri Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatı iki-üç həftə ərzində başa çatdıra biləcəyini bəyan etmişdi. Martın 30-da Levitt Trampın aprelin 6-na qədər İranla sövdələşmə bağlamaq niyyətində olduğunu bildirmişdi.

Chosen
46
4
publika.az

5Sources