EN

İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi: Azərbaycan Avropa üçün əsas strateji tərəfdaşdır

Azərbaycan İtaliya və Avropa üçün əsas strateji tərəfdaş və çox vacib çoxtərəfli aktordur.

"Far.Az" xəbər verir ki, bu barədə İtaliyanın BMT yanında Daimi Nümayəndəliyinin "X" sosial media hesabındakı paylaşımında bildirilib.

Qeyd olunub ki, İtaliyanın BMT yanında daimi nümayəndəsi Corcio Marrapodi azərbaycanlı həmkarı Tofiq Musayevlə görüşüb.

Bildirilib ki, görüşdə C. Marrapodi İtaliyanın Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib.

Chosen
52
1
far.az

2Sources