EN

Stres zamanı bədəndə nələr baş verir və necə sakitləşmək olar? Mütəxəssis rəyi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Stres keçirmək, xüsusilə də qəfil yaranan gərginlik insanın həm fiziki, həm də emosional vəziyyətinə ciddi mənfi təsir göstərə bilər.

Oxu.Az xəbər verir ki, rusiyalı həkim-terapevt Nina Danilkina "İzvestiya" nəşrinə müsahibəsində stresin yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, stres zamanı qana dərhal kortizol və adrenalin hormonları ifraz olunur ki, bu da damarların kəskin daralmasına səbəb olur. Bu proses aşağıdakı təhlükəli hallara yol aça bilər:

- İnsult və infarkt riski;

- Aritmiya və ürək döyüntüsünün kəskin tezləşməsi;

- Arterial təzyiqin yüksəlməsi və hipertonik kriz.

Gərginlik xroniki xarakter aldıqda sinir və endokrin sistemləri tükənməyə başlayır. Belə hallarda insan xəstəliklərə qarşı daha həssas olur. Yuxu pozuntusu, baş ağrıları, dəridə səpgilər, mədə ağrıları və təşviş xroniki stresin əsas əlamətləridir.

Mütəxəssis tez-tez gərginlik yaşayan insanlara davranışlarını nəzarətdə saxlamağı və aşağıdakı sadə üsullardan istifadə etməyi tövsiyə edir:

Fiziki hərəkət: Pilləkənlə qalxmaq və ya bir neçə metr piyada gəzmək;

Su prosedurları: Üzü soyuq su ilə yumaq və ya əlləri isti suyun altında saxlamaq;

Nəfəs texnikası: Dərin nəfəs alıb-vermək;

Sakitləşdirici vasitələr: Nanə və ya melissalı çay içmək, zərurət yaranarsa valerian qəbul etmək;

Psixoloji dəstək: Yaxın bir insanla söhbət etmək, meditasiya və ya yoqa ilə məşğul olmaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
oxu.az

1Sources