ABŞ-ın İrana qarşı hərbi əməliyyatı iki-üç həftə ərzində başa çatdırılacaq.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ Prezidenti Donald Tramp bəyanat verib.
"Düşünürəm ki, biz iki-üç həftə ərzində çıxacağıq, çünki bu işlə məşğul olmağımız üçün bir səbəb yoxdur", - deyə Amerika lideri İslam Respublikasına qarşı hərbi əməliyyatdan danışarkən bildirib.
Martın 30-da Ağ Evin mətbuat katibi Kerolayn Levitt Trampın aprelin 6-na qədər İranla sövdələşmə bağlamaq istədiyini qeyd etmişdi.
Martın 29-da "The Washington Post" qəzeti mənbələrə istinadla yazıb ki, ABŞ İranda müddəti bir neçə həftədən bir neçə aya qədər çəkə biləcək quru əməliyyatına hazırlaşır.