EN

Prokurorluq zorakılığa məruz qalan 65 yaşlı qadınla bağlı məlumat yaydı

Daşkəsən rayonunun Qabaqtəpə kəndində zorakılıq iddiası üzrə istintaq davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, sözügedən kənddə ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq iddiası üzrə Daşkəsən rayon prokurorluğunda araşdırma aparılıb.

Hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Chosen
10
36
konkret.az

10Sources