EN

İsrail–Səudiyyə xətti açılır? - ABŞ senatorundan tarixi mesaj

ABŞ senatoru Lindsey Qrem Yaxın Şərqdə davam edən münaqişə fonunda maraqlı açıqlama verib.

Musavat.com xəbər verir ki, senator diplomatik həll yollarının sürətləndirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, bölgədə real sülh üçün həm hərbi, həm də siyasi addımlar paralel getməlidir.

Onun sözlərinə görə, hazırda aparılan əməliyyatlar planlaşdırılandan daha sürətli irəliləyir və bu proses aylarla deyil, həftələrlə ölçülür. Qrem qeyd edib ki, əsas məqsəd İranın bölgədəki təsir imkanlarının zəiflədilməsidir.

Senatorun fikrincə, məhz bu amil Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına yol aça bilər. O vurğulayıb ki, belə bir razılaşma baş tutarsa, bu, uzun illər davam edən ərəb-İsrail qarşıdurmasına faktiki son qoya bilər.

Qrem həmçinin Donald Trampın siyasətini dəstəklədiyini ifadə edərək bildirib ki, İran faktorunun neytrallaşdırılması regionda sülh üçün əsas şərtlərdən biridir.

Sonda senator ABŞ prezidentinə çağırış edərək başladığı kursu davam etdirməyi və “tarixi razılaşma” üçün səyləri artırmağı tövsiyə edib.

 

Musavat.com

Chosen
66
musavat.com

1Sources