EN

BVF: Yaxın Şərq münaqişəsi Böyük Britaniya üçün ciddi enerji şoku yarada bilər

Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, Yaxın Şərqdə baş verən münaqişə Böyük Britaniya iqtisadiyyatı üçün ən böyük enerji şoklarından birinə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, ölkə qazla işləyən enerji istehsalından yüksək asılılıq səbəbindən artan enerji qiymətlərinə qarşı xüsusilə həssasdır.

Qurum qeyd edib ki, Hörmüz boğazının bağlanması və regiondakı infrastrukturun zədələnməsi qlobal neft bazarında tarixdə ən böyük pozuntulardan birinə səbəb olub.

BVF həmçinin qeyd edib ki, müharibənin təsiri qlobal xarakter daşısa da, ölkələr arasında fərqli səviyyədə hiss olunur. Xüsusilə Asiya və Avropada böyük enerji idxalçıları artan yanacaq qiymətləri və xərclər səbəbindən daha çox təsirlənir. Qurum əlavə edib ki, vəziyyətlə əlaqədar dəstəyi artırır və xüsusilə daha həssas iqtisadiyyatlara yardım göstərməyə hazırlaşır.

Chosen
22
3
yeniazerbaycan.com

4Sources