EN

Bu haqda heç düşünmürəm, çünki... Trampdan İran açıqlaması

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarına çıxışın çox çətin olduğunu bildirib.

Globalinfo.az-ın xəbərinə görə, o, “CBS News” telekanalına müsahibəsində qeyd edib ki, bu məsələ üzərində düşünmür:

“Mən bu barədə ümumiyyətlə düşünmürəm. Sadəcə bilirəm ki, həmin ehtiyatlar dağıntılar altında, yerin dərin qatlarında yerləşir və ora çatmaq çox çətindir”, – ABŞ lideri vurğulayıb.

Bundan bir gün əvvəl “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ lideri və bəzi müttəfiqləri qapalı müzakirələrdə hədəfli əməliyyat vasitəsilə uranın ələ keçiriləcəyi qənaətinə gəliblər. Həmçinin bildirilib ki, belə bir əməliyyat müharibənin müddətini qısaldacaq.

Qeyd edək ki, Donald Tramp dəfələrlə vurğulayıb ki, ABŞ-ın İrana qarşı əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
globalinfo.az

1Sources