EN

Bağdadda amerikalı jurnalisti oğurladılar – Video

İraqın paytaxtı Bağdad şəhərində amerikalı jurnalist Şelli Kittlson qaçırılıb.

Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Məlumata görə, silahlı şəxslər jurnalistin olduğu avtomobili dayandıraraq onu zorla maşından çıxarıb və naməlum istiqamətə aparıblar.

İraqın Daxili İşlər Nazirliyi insidenti təsdiqləyib. Qeyd olunub ki, hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Regionda təhlükəsizlik vəziyyəti fonunda baş verən bu qaçırılma beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Afaq,
Musavat.com

 

Chosen
30
25
musavat.com

10Sources