EN

Mariya Stadnik Azərbaycan millisinin təlim-məşq toplanışında 250 güləşçiyə ustad dərsi keçib

Azərbaycanın qadın güləşi üzrə U-17 millisi Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.

"Report" xəbər verir ki, yığmanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində yeniyetmə güləşçilər üçün ustad dərsi keçib.

O, master-klasda müxtəlif fəndlərin icrasını nümayiş etdirib.

Aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir.

Qeyd edək ki, komandamız Avropa çempionatına hazırlıq üçün növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.

Mariya Stadnik Azərbaycan millisinin təlim-məşq toplanışında 250 güləşçiyə ustad dərsi keçib
Chosen
32
10
far.az

10Sources