EN

“Müctəba Xamenei İrandadır, lakin gizlənir” – ŞOK AÇIQLAMA

Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin hazırkı fəaliyyəti və yeri ilə bağlı mühüm bəyanatlar verib. Jurnalistlərin Müctəba Xamenei ilə şəxsi təmaslarının olub-olmaması barədə sualını cavablandıran səfir bildirib ki, hələlik yeni rəhbərlə birbaşa görüş baş tutmayıb.

NOCOMMENT.az xəbər verir ki, səfir Rusiya Prezidenti Vladimir Putinin Müctəba Xameneini ilk təbrik edən liderlərdən biri olduğunu xatırladıb: “Vladimir Putin Müctəba Xameneiyə göndərdiyi təbrik teleqramında Moskvanın Tehrana dəyişməz dəstəyini və iranlı dostlarımızla həmrəy olduğumuzu xüsusi vurğulayıb”.

Aleksey Dedovun sözlərinə görə, İran rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, Müctəba Xamenei hazırda ölkə ərazisindədir. Lakin səfir onun nə üçün ictimaiyyət qarşısına çıxmadığına da aydınlıq gətirib: “Yeni lider İrandadır, lakin anlaşılan səbəblərdən hələ ki, kütləvi tədbirlərdə və xalq qarşısında görünməkdən çəkinir”.

Ekspertlər bu “anlaşılan səbəblər”in birbaşa təhlükəsizlik qayğıları və ölkədəki gərgin hərbi-siyasi vəziyyətlə bağlı olduğunu ehtimal edirlər. Hazırda Müctəba Xameneinin rəhbərliyi altında İranın daxili və xarici siyasətində hansı köklü dəyişikliklərin baş verəcəyi dünya birliyinin diqqət mərkəzindədir.

Chosen
41
nocomment.az

1Sources