EN

"Yaşın nə fərqi var" deyən məşhurlar

Xəbər verdiyimiz kimi, "Crocus Group" şirkətinin təsisçisi Araz Ağalarov həyat yoldaşı İrina Ağalarova ilə ayrılıb. 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirilir ki, Alyona artıq sosial şəbəkələrdə və rəsmi sənədlərdə soyadını Ağalarova olaraq dəyişib. Aralarında 43 il yaş fərqi olan cütlüyün övladının dünyaya gəldiyi də qeyd olunur.

Bu xəbər bir daha maraqlı sual yaradır: özündən yaşca xeyli kiçik xanımlarla münasibətdə olan digər məşhurlar kimlərdir?

Dünya şou-biznesində böyük yaş fərqi olan münasibətlər daim müzakirə mövzusu olub. Xüsusilə tanınmış kişilərin özlərindən xeyli gənc qadınlarla münasibətləri həm mediada, həm də ictimai rəydə geniş rezonans doğurur. Bu tendensiya illərdir davam edir və bir çox hallarda ailə qurmaqla nəticələnir.

Məsələn, amerikalı aktyor və rejissor Al Pacino 80 yaşını keçdikdən sonra özündən təxminən 50 yaş kiçik Noor Alfallah ilə münasibəti və ata olması ilə gündəmə gəlib.

Digər məşhur aktyor Robert De Niro isə özündən xeyli gənc Tiffani Çen ilə münasibətdədir və 79 yaşında yenidən ata olub.

Leonardo DiCaprio isə uzun illərdir gənc modellərlə münasibətləri ilə tanınır. Onun sevgililərinin əksəriyyəti 25 yaşdan aşağı olub.

Aktyor və prodüser Nikolas Keyc özündən 30 yaş kiçik yaponiyalı Riko Şibata ilə evlidir.

Britaniyalı rok musiqiçisi Maykl Flipp Caqqerözündən təxminən 40 yaş kiçik Melanie Hamrik ilə münasibətdədir və onların bir övladı var.

Amerikalı müğənni-bəstəkar Billi Coel isə özündən 30 yaş kiçik Aleksis Roderik ilə evlidir.

Aktyor Maykl Duqlas və Ketrin Zeta- Cons cütlüyü arasında isə 25 yaş fərqi mövcuddur.

"Amazon" şirkətinin təsisçisi Ceff Bezos da həyat yoldaşından xeyli yaş böyük olması ilə diqqət çəkir.

Aktyor Denis Kueyd özündən 39 yaş kiçik Laura Savoie ilə evlənib.

Digər aktyor Riçard  Gir isə özündən 30 ildən çox kiçik Alexandra Silva ilə ailə qurub.

Qərb mediasının təhlillərinə görə, bu cür münasibətlər xüsusilə Hollivudda “normal qəbul edilən fərqlilik” kimi təqdim olunur. Bunun əsas səbəbləri arasında maliyyə və sosial status fərqi, həyat təcrübəsi və təsir imkanları göstərilir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
65
musavat.com

1Sources