EN

Azərbaycan klubu bu transferə hazır olsun! – Asiyalılar qapını döyəcək

“Zirə” yayda daha bir futbolçu ilə vidalaşmaq məcburiyyətində qalacaq.

Hər halda əldə etdiyimiz məlumat belədir.

Sportinfo.az xəbər verir ki, Ruanda millisinin heyətindəki debüt matçında əla oyun sərgiləyərək baxımlı qola imza atan 29 yaşlı futbolçu diqqət mərkəzinə düşüb.

Asiya ölkələri ilə əməkdaşlıq edən agentlər və klub skautları Leroyun adını qeyd dəftərçəsinə yazıb.

Afrika millilərinin oyunları zamanı menecerlər stadiondakı yerini tutub, istedadları üzə çıxarmağa və baha qiymətə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Koreya, Tayland kimi ölkələrin klublarına satmağa çalışır.

Mikelsin sürəti və texniki imkanları qarşılaşmanı canlı izləyən agentlərdə müsbət fikirlər yaradıb.

Qarşıdakı müddətdə həm millidə, həm də “Zirə”dəki çıxışını diqqətdə saxlayacaqlar. Ortaya hansısa plan çıxmasa, Azərbaycan klubunun yaxın aylarda asiyalılardan sərfəli transfer təklifi alacağı istisna deyil.

Qeyd edək ki, 2024/25 mövsümünü “Şamaxı”da keçirmiş səbəbkar ötən ilin yayında “Zirə” ilə 2 illik müqaviləyə imza atıb. Qəsəbə təmsilçisi ilə sözləşməsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.

HƏBİB

Chosen
63
sportinfo.az

1Sources