EN

“Psixoloji yardım ayı” çərçivəsində maarifləndirici tədbirlər keçirilir- AÇIQLAMA

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin təşəbbüsü ilə hər ilin mart ayında ənənəvi olaraq “Psixoloji yardım ayı” çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilir.

Bu barədə ictimai birliyin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında məlumat verib. O bildirib ki, layihə psixoloji sahədə fəaliyyət göstərən ictimai birliklərin dəstəyi ilə təşkil olunur və əsas məqsəd psixoloji xidmətlərin əlçatanlığını təmin etməkdir. QHT sədrinin sözlərinə görə, “Psixoloji yardım ayı” çərçivəsində vətəndaşların psixoloji bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif mühazirələr, təlimlər və fərdi konsultasiyalar təşkil edilir. Bu xidmətlər ödənişsiz əsaslarla təqdim olunur və geniş ictimaiyyət üçün nəzərdə tutulub.

"Tədbirlər mütəxəssis-pedaqoq Nərminə Cəfərova tərəfindən həyata keçirilir. Layihə çərçivəsində iştirakçılara psixoloji maarifləndirmə, fərdi yanaşma və praktik dəstək göstərilir. Vətəndaşları layihədən faydalanmağa dəvət edirik. Müraciət etmək istəyən şəxslər elektron ünvan və əlaqə vasitələri ilə əlaqə saxlaya bilərlər. Həmçinin 050 969 38 69 nömrəsi ilə WhatsApp üzərindən, zəng və ya mesaj vasitəsilə də müraciət etmək mümkündür. Uşaqların psixoloji sağlamlığı onların gələcəyinin əsasını təşkil edir və bu sahədə valideynlərin maariflənməsi xüsusi əhəmiyyət kəsb edir".

 

Pərvanə Fərhadqızı

Chosen
43
qht.az

1Sources