EN

Keçmiş nazir eyni anda iki vəzifəyə təyin edildi

Keçmiş xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanın Böyük Britaniyadakı səfiri təyin edilib.

"Unikal" xəbər verir ki, o, həmçinin, ölkənin Beynəlxalq Dəniz Təşkilatındakı Daimi Nümayəndəsi təyin edilib.

Darçiaşvili 2022-ci ildən 2024-cü ilə qədər xarici işlər naziri, 2017-ci ildən 2021-ci ilə qədər Gürcüstanın Polşadakı səfiri vəzifəsində çalışıb. Bundan əvvəl o, hökumət administrasiyasına və Bələdiyyə İnkişaf Fonduna rəhbərlik edib.

Gürcüstanın Böyük Britaniyadakı səfiri vəzifəsi 2024-cü ilin oktyabr ayından bəri boşdur.

Chosen
17
2
unikal.az

4Sources