EN

Azərbaycanda təqaüd alanların sayı artıb

Bakı.Trend:

2026-cı ilin fevral ayında aylıq sosial müavinət və təqaüdalanların sayı 884 795 nəfər təşkil edib. Bu, yanvar ayı iləmüqayisədə 2 628 nəfər çoxdur.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumatverilib.

Bildirilib ki, fevral ayında sosial müavinət alanların sayı 477514 nəfər olub ki, bu da yanvar ayı ilə müqayisədə 2 180 nəfərartım deməkdir (yanvarda 475 334 nəfər). Təqaüd alanların sayı isə407 281 nəfər olub. Bu göstərici yanvar ayı ilə müqayisədə 448nəfər artıb (yanvarda 406 833 nəfər).

Beləliklə, həm sosial müavinət, həm də təqaüd alanların sayındafevral ayında müsbət dinamika müşahidə olunub.

Chosen
42
2
az.trend.az

3Sources