EN

Şahin İsmayılov: “Dövlətin müvafiq qurumları zərərin aradan qaldırılması üçün tədbirlər görməlidirlər”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı Nizami, Xəzər və Sabunçu rayonlarında görülən işlər müsbət hesab edilib, eyni zamanda bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı qeyd edilib. Aparılan monitorinqlərin nəticələri kimi yağışdan ən çox zərər çəkən vaxtı ilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib və ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında Rayon İcra Hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirilib.Zərər çəkmiş avtomobillərə və yaşayış evlərinə dövlət və ya hər hansı qurum tərəfindən sığorta ödənişlərinin edilməsi ilə bağlı qanunvericilikdə konkret maddələr varmı?Əgər belə ödənişlər nəzərdə tutulubsa, hansı hallarda tətbiq edilir və hansı şərtlərlə verilir? Həmçinin evlər, avtobuslar və digər avtomobillər üçün kompensasiya məbləği necə müəyyən olunur?

Sığorta üzrə ekspert Şahin İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təbii fəlakətlərə qarşı dayanıqlı sistem qurulması, dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyır: “Ölkə ərazisinə aramsız yağan yağışların törətdiyi fəsadlar gözlənildiyindən də artıq oldu. Yağış nəticəsində yaşayış məntəqələrində evlərə, təsərrüfatlara, və ictimai obyektlərə ciddi ziyan dəydi. Əhali həm maddi həm də mənəvi itkilərlə üz-üzə qaldı.

İnfrastrukturun dağılması - yolların sırasından çıxması, elektrik və rabitə xətlərinin zədələnməsi, su təchizatında yaranan problemlər, gündəlik həyatın axarını pozdu.

Bu vəziyyət bir daha göstərir ki, təbii fəlakətlərə qarşı dayanıqlı sistem qurulması, dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyır.

Ən vacib sual isə budur: Zərər kim tərəfindən ödənilməlidir?

Qanunvericiliyə görə fövqaladə hallar zamanı, dövlətin müvafiq qurumları zərərin aradan qaldırılması üçün tədbirlər görməlidirlər.

Bununla yanaşı, sığorta mexanizmlərinin gücləndirilməsi, əhalinin risklərdən qorunması, daha geniş tətbiq olunmalıdır.

Sığorta şirkətlərinin məsuliyyətli artırılmalı, vətəndaşların hüquqları tam qorunmalıdır.

Ancaq bunu da qeyd edim ki, vətəndaşların öz əmlaklarını sığorta etdirməyə dırnaqarası münasibət göstərməsi, sonda onları fövqaladə hal zamanı kompensasiya almaqdan məhrum edir.

Baş vermiş təbii fəlakət nəticəsində əmlaklara, avtomobillərə dəyən zərər yalnız onlar sığortalı olduğu halda, sığorta şirkətləri tərəfindən qarşılanır.

Əmlak, ya avtomobil yaxud ictimai nəqliyyat olan avtobuslar hadisədən zərər görübsə, və sığortalanmayıbsa, bu halda dövlət tərəfindən hansısa kompensasiya verilməsi qaydası mövcud deyil. Ona görə də hər bir vətəndaş bilməlidir ki, sığortalı həyat, ən rahat həyatdır. Hər bir vətəndaş öz daşınar və daşınmaz əmlakını mütləq qaydada sığortalamalı və “dövlətdən kompensasiya alacam” fikrindən uzaq durmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
bizimyol.info

1Sources