EN

Kallas Rusiyaya qarşı planlaşdırılan yeni sanksiyalardan danışıb

Bakı. Trend:

Avropa İttifaqı Rusiyanın “kölgə donanması” üçün dənizxidmətlərinin tam qadağan edilməsini, həmçinin rus hərbçilərininAİ-yə girişinin məhdudlaşdırılmasını müzakirə edir və eyni zamandaRusiyaya qarşı “xüsusi tribunal”ın yaradılması üzərində işi davametdirir.

Trend xəbər verirki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas “Ukrinform”agentliyinə müsahibəsində bildirib.

“Düşünürəm ki, biz daha irəli getməliyik. Kölgə donanması üçündəniz xidmətlərinə tam qadağanı müzakirə edirik. Bu, mütləq təsirgöstərəcək, çünki Rusiyada hasil olunan neftin ümumi həcminintəxminən 45%-i Baltik dənizi vasitəsilə daşınır. Üzv dövlətlər rushərbçilərinin Avropaya girişinin qadağan edilməsi təklifi ilə çıxışediblər. Müzakirələr davam edir”,- o bildirib.

Onun sözlərinə görə, bir çox üzv dövlətlər Ukraynadakımüharibədə iştirak edən şəxslərin Avropaya girişinə qadağanıdəstəkləyir, çünki hesab edirlər ki, Aİ “gələcəyi düşünməlidir” vərus hərbçiləri guya Avropanın təhlükəsizliyinə “təhdid” yaradabilər.

Kallas həmçinin vurğulayıb ki, hazırda Aİ rəhbərliyi üçün vacibməsələ üzv dövlətlərin Rusiyaya qarşı nəzərdə tutulan “xüsusitribunal”ın yaradılması haqqında sazişi ratifikasiya etməsidir.Onun sözlərinə görə, bu addım digər ölkələri də bu təşəbbüsəqoşulmağa dəvət etməyə imkan verəcək.

Məqalədə:
Chosen
19
1
az.trend.az

2Sources