EN

Tramp III Çarlzın ABŞ-yə səfər tarixlərini açıqlayıb - YENİLƏNİB

Böyük Britaniya kralı III Çarlz aprelin 27-dən 30-dək ABŞ-yə dövlət səfəri edəcək.

"Report" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social"da yazıb.

"Melaniya və mən Böyük Britaniya kralı və kraliçasının aprelin 27-dən 30-dək ABŞ-yə tarixi dövlət səfəri edəcəyini və aprelin 28-i axşam Ağ Evdə təntənəli ziyafətin veriləcəyini elan etməkdən məmnunuq", - o yazıb.

Tramp qeyd edib ki, qarşıdakı səfər xüsusilə bu il ABŞ-nin 250 illiyinin qeyd olunması kontekstində tarixi hadisə olacaq. O, Britaniya monarxına hörmətini ifadə edib və onunla görüşü səbirsizliklə gözlədiyini deyib.

Böyük Britaniya kralı III Çarlz ABŞ tərəfinin dəvəti ilə apreldə Vaşinqtona dövlət səfəri edəcək.

"Report" xəbər verir ki, bu barədə Bukinhem sarayının mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, səfər ABŞ-nin Böyük Britaniyadan müstəqillik əldə etməsinin 250 illiyinə həsr olunacaq. Səfər zamanı onu həyat yoldaşı, kraliça-konsort Kamilla müşayiət edəcək.

"Əlahəzrətlərin proqramı Böyük Britaniya ilə ABŞ arasındakı tarixi əlaqələrə və müasir ikitərəfli münasibətlərə həsr ediləcək. Kral monarx kimi Britaniyanın dənizaşırı ərazisinə ilk səfərini həyata keçirmək üçün Bermud adalarına yollanacaq", - məlumatda bildirilir.

Chosen
18
far.az

1Sources