EN

Yağışlı paytaxtda qəzalar

Bayram günlərində paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin səbəbləri açıqlanıb.

Far.Az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, qəzalar əsasən sürət həddinin düzgün seçilməməsi, ara məsafəsinin yol və hava şəraitinə uyğun saxlanılmaması, eləcə də manevr qaydalarının pozulması nəticəsində baş verib.

Qurum sürücülərə xəbərdarlıq edərək bildirib ki, yol hərəkəti qaydalarına laqeyd yanaşmaq ciddi qəzalara səbəb ola bilər.

Chosen
3
1
far.az

2Sources