EN

Oqtay Qasımov: Trampın planını pozan sadəcə 38 il müddətində yenilənən dünya şərtləri və vəziyyəti deyil, güclənən İran var

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

38 il əvvəl Tramp müsahibələrinin birində qeyd edir ki, “İran neftini müharibə olmadan nəzarətə almalıyıq”. Yəni İran neftini nəzarətə almaq planı hələ 38 il əvvəl də ABŞ-nin, xüsusən də Trampın planında olub. Amma bu gün Tramp bu neftə müharibə ilə sahib olmağa çalışır.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın 38 il əvvəl söylədiyi fikirlər hazırda maraqla qarşılanmaqdadır: “Donald Tramp “İran neftini nəzarətə almalıyıq” fikrini səsləndirəndə, əlbəttə, düşünmürdü ki, o, nə zamansa ABŞ prezidenti olacaq və bu istəkləri həyata keçirməyə çalışacaq. Əlbəttə, 38 il bundan əvvəl mövcud vəziyyətlə bugünkü vəziyyət arasında çox ciddi fərqlər var. O dövr İraqla savaşda olan İran kifayət qədər zəif vəziyyətdə idi və hazırda İran o dövrə nisbətən xeyli güclənib. Özünün müəyyən arsenalı da var. Ən önəmlisi, Rusiya və Çin kimi tərəfdaşlar da onu dəstəkləyirlər. Və bu gün Donald Tramp əslində yenə də İran neftini nəzarət altına almaq istəyir. Bunu heç gizlətmirdi və bu nəzarəti həyata keçirmək üçün danışıqlar və diplomatiya yol nəticə vermədi. Sonda Donald Tramp savaş qərarı verdi və hazırda bu savaş davam edir”.

Oqtay Qasımov

Politoloq hesab edir ki, bu savaşın nəticələri qlobal səviyyədə ciddi təsirlərə yol açmaqdadır. Faktiki olaraq, bütün region savaş meydanına çevrilib.

Oqtay Qasımov qeyd edib ki, Donald Trampın planını dəyişdirən sadəcə olaraq 38 il müddətində dəyişən dünyanın şərtləri və vəziyyəti deyil, eyni zamanda İranın özü də dəyişib: “Dünyada sistem ciddi şəkildə dəyişib. O zaman ikiqütblü dünya idi. Hazırda isə təkqütblü dünya var və yenidən çoxqütblü dünya yaratma prosesi getməkdədir. Əslində bu savaş özü də yeni dünya nizamı ilə bağlı yaranmış sancılardan yaranan gərginlikdir. Bu baxımdan şərtlər dəyişib və buna görə də Trampın planlarında dəyişikliklər yaranıb”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
50
icma.az

10Sources