EN

Universitetlərin Bakıdan kənar bölgələrə köçürülməsi nə zaman həyata keçiriləcək? EKSPERT AÇIQLADI

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 2020–2030-cu illərdə bəzi ali təhsil müəssisələrinin paytaxtdan kənara çıxarılması məsələsi müzakirə olunur və bu müzakirələr getdikcə genişlənir. Burada əsas məsələ ondan ibarətdir ki, şəhərin mərkəzində yerləşən universitetlər həm nəqliyyat sıxlığına təsir göstərir, həm də ərazidə əlavə sıxlıq yaradır".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və onların regionlarda fəaliyyət göstərməsi məsələsi də gündəmdədir:

"Xüsusilə tələbə kontingenti çox olan universitetlər bu sıxlığın yaranmasında mühüm rol oynayır. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti kimi təhsil müəssisələrinin paytaxtdan kənarda, ayrıca tələbə şəhərcikləri yaradılmaqla fəaliyyət göstərməsi daha məqsədəuyğun hesab olunur. Həmin universitetlərin öz kampuslarının olması həm təhsil keyfiyyətinə, həm də şəhər infrastrukturuna müsbət təsir göstərə bilər. Eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də bu siyahıya daxil edilə bilər. Bəzi özəl ali təhsil müəssisələri də paytaxtın mərkəzində yerləşərək sıxlığın artmasına səbəb olur və onların da gələcəkdə köçürülməsi məsələsi nəzərdən keçirilə bilər. Digər tərəfdən, ali təhsil müəssisələrində tədrisin keyfiyyəti və məzunların əmək bazarına uyğunluğu da ciddi problemdir. Bu illərin konkret olaraq hansı dövrü əhatə edəcəyi hələ ki müəmmalıdır. Çünki qısa müddət ərzində belə böyük tikinti və daşınma işlərini tam başa çatdırmaq mümkün olmayacaq. Amma 2050-ci illərə qədər, yəni qarşıdakı 14–15 il ərzində həyata keçirilə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
sia.az

2Sources