EN

Bayramda qatar və avtobuslarla neçə nəfər daşınıb?

Bakı.Trend:

Bakı. Trend:

Bayram günlərində Azərbaycanda sərnişin daşımalarında ciddiartım qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki, 19-30 mart tarixlərindəqatarlarla ümumilikdə 212 mindən çox sərnişin daşınıb.Rayonlararası daşımalar üzrə Bakı-Qazax-Bakı (o cümlədənBakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu ilə 21 963 nəfər səfəredib.

Qeyd edilir ki, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakıistiqamətlərində 8984 sərnişin, Bakı-Ağdam-Bakı marşrutunda isə1561 sərnişin daşınıb. Həmçinin qeyd olunub ki, istirahətgünlərində rekord sayda – 200 mindən çox sərnişin rahat vətəhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görəisə, 12 gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157reys həyata keçirilib və 84 135 sərnişin daşınıb. Tələbatınqarşılanması üçün əlavə olaraq 450-dən çox reys təşkil edilib.

Bildirilir ki, bayram günlərində bölgələrə səfər edənvətəndaşların geri qayıdışını təmin etmək üçün regionavtovağzallarında da müvafiq şərait yaradılıb. 19-30 marttarixlərində bölgələrdən müxtəlif istiqamətlərə, o cümlədən Bakıya18 000 reyslə 116 minə yaxın sərnişin daşınıb.

Qeyd edək ki, 19-21 mart tarixlərində sərnişinlərin 60%-ibiletlərini “biletim.az” portalı vasitəsilə onlayn alıb. Digərgünlərdə isə bu göstərici 35-40% təşkil edib ki, bu da rekordnəticə sayılır.

Chosen
10
1
az.trend.az

2Sources