EN

İranın başlatdığı 88-ci hücum dalğasında ABŞ və İsrail hədəfləri vurulub

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri cavab əməliyyatının 88-ci mərhələsi çərçivəsində ABŞ və İsrail hədəflərinə zərbələr endirib.

Bu barədə SEPAH-ın mətbuat xidməti açıqlama yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Fars körfəzində İsraillə əlaqəli konteyner gəmisinə ballistik raket zərbəsi endirib. İran həmçinin Küveytdəki “Əhməd əl-Cabir” hava bazasına, BƏƏ-dəki ABŞ dəniz piyadalarının bazalarına və Bəhreyndəki hava limanı yaxınlığındakı “ЗРК Hawk” hava hücumundan müdafiə sisteminə hücum edib.

“Bu gün səhər tezdən SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin cəsur döyüşçüləri “Əsl Vəd-4″ əməliyyatının 88-ci dalğası zamanı güclü hücumla ABŞ və sionist terrorçu hədəflərinə ağır zərbələr vurublar”, – deyə qeyd olunub.

Chosen
14
4
veteninfo.az

5Sources