EN

Prezident seçkilərinə hazırlaşan Fransada sağçı və mərkəzçi qüvvələr vahid namizəd axtarışına çıxıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 31 mart, AZƏRTAC

Bələdiyyə seçkilərini geridə qoyan Fransada 2027-ci il prezident seçkilərinə indidən ciddi hazırlıq gedir.

AZƏRTAC xəbər verir ki, sağçı və mərkəzçi düşərgədə getdikcə daha çox siyasətçi prezident seçkiləri üçün ortaq namizəd ideyasını müdafiə edir.

Onların fikrincə, bəzi qüvvələrin arzusu olan ssenari – Jordan Bardella ilə Jan-Lük Melanşonun ikinci turda qarşılaşması – digərləri üçün arzuolunmaz nəticədir. Sorğular ifrat sağçı namizədin ikinci tura çıxmasının demək olar ki, qaçılmaz olduğunu göstərir. Eyni zamanda, bərabər solçu namizədin də şansı yüksək qiymətləndirilir. Bu səbəbdən “mərkəzi blok” ilk turu keçmək üçün birləşməyə çalışır.

Hətta bu məqsədlə martın 29-da “La Tribune Dimanche” nəşrində hökumətin doqquz naziri və sağçı-mərkəz düşərgədən 81 parlamentarinin imzaladığı çağırış dərc olunub. Lakin razılaşma hələ uzaqdadır. Əsas problem isə vahid namizədin necə müəyyənləşdiriləcəyi ilə bağlı ortaq mexanizmin olmamasıdır. Müraciətdə bu proseslə bağlı istər açıq, istər qapalı heç bir konkret yol göstərilməyib.

Qeyd edək ki, sağ və mərkəz qüvvələri artıq bələdiyyə seçkilərində əməkdaşlıq ediblər. Onlar Bordo və Limoj kimi şəhərlərdə uğur qazansalar da, Paris, Lyon və Marsel kimi böyük şəhərlərdə məğlub olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
azertag.az

2Sources