Martın 20-30-unu əhatə edən bayram dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 194 330 sərnişinə xidmət göstərib.
Bu barədə hava limanından bildirilib.
Məlumata görə, bu göstəricinin 96 410-u yola salınan, 97 920-si isə gələn sərnişinlərin payına düşür.
Bayram günlərində müşahidə olunan artan sərnişin axınına baxmayaraq, hava limanı bütün əməliyyatları fasiləsiz və yüksək xidmət keyfiyyəti ilə həyata keçirib.
Report