EN

Bakı aeroportu bayram günlərində 200 minə yaxın sərnişinə xidmət göstərib

Martın 20-30-unu əhatə edən bayram dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 194 330 sərnişinə xidmət göstərib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə hava limanından bildirilib.

Məlumata görə, bu göstəricinin 96 410-u yola salınan, 97 920-si isə gələn sərnişinlərin payına düşür.

Bayram günlərində müşahidə olunan artan sərnişin axınına baxmayaraq, hava limanı bütün əməliyyatları fasiləsiz və yüksək xidmət keyfiyyəti ilə həyata keçirib. (Report)

Chosen
20
4
fed.az

5Sources