Bakı.Trend:
2026-cı ilin istehsalat təqviminə əsasən, may ayındaAzərbaycanda qeyri-iş günlərinin sayı digər aylarla müqayisədə dahaçox olacaq.
Trend xəbərverir ki, 9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününədüşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazarertəsi) də qeyri-iş günü elan ediləcək. Bununla da, 9, 10 və 11 maytarixləri ardıcıl istirahət günləri olacaq.
Eyni zamanda, mart ayında olduğu kimi, mayda da iki bayram –Qurban bayramı (27-28 may tarixləri) və Müstəqillik Günü (28 May)eyni dövrə təsadüf edir. Bu səbəbdən 29 may da qeyri-iş günüsayılacaq. Beləliklə, 27, 28, 29 may tarixləri ilə yanaşı, 30 və 31may (həftəsonu) da istirahət günləri olacaq.
Nəticədə, may ayında şənbə-bazar günləri də daxil olmaqlaümumilikdə 14 gün qeyri-iş günü olacaq. Növbəti iş günü isə 1 iyuntarixindən başlayacaq.