EN

AFFA-dan qalib milliyə 10 min manatlıq “premya”

AFFA Azərbaycan millisinin futbolçularına mükafat verəcək.

İdmanxeber.az xəbər verir ki, federasiya yığmamıza Syerra Leone üzərində qələbə qazandığı üçün iki oyundakı nəticəyə əsasən “premya” ödəyəcək.

Futbolçuların hər biri 10 min manat mükafat alacaq.

Xatırladaq ki, Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turniridə əvvəlcə Sent Lüsiyanı, daha sonra isə final mərhələsində Syerra Leoneni penaltilər seriyasında məğlub edərək yarışın qalibi olub.

Chosen
47
idmanxeber.az

1Sources