EN

“Ekran istifadəsi uşağın beynindəki ağ maddənin inkişafını zəiflədə diqqət, nitq, öyrənmə və davranış sahələrinə təsir göstərə bilər”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Yeni araşdırmaya görə, uşaqların ekran qarşısında keçirdiyi vaxtın çox olması beynin mühüm maddəsinin azalması ilə əlaqələndirilir. ABŞ-da 3-5 yaşlı 60 uşağın MRT cihazı ilə beyinlərinin skan edildiyi genişmiqyaslı araşdırmada bu uşaqlar iştirak edib. Nəticələr sarsıdıcı olub. Araşdırmaya görə uşaqlar nə qədər çox ekran qarşısında vaxt keçirirlərsə, ağ maddənin o qədər də böyük olduğunu göstərir. Nəticələr sarsıdıcı olub. İnteraktiv ekran vaxtı beyində ağ maddənin itkisinə səbəb olur. Sadə dillə desək, bunu beynin pozulması və ya beyin zədələnməsi adlandıra bilərik. Sunshine Coast Universitetinin professoru Mayk Nagel karyerasını uşaq beyninin inkişafını öyrənməyə sərf edib. O bildirib ki, beyindəki ağ maddə miyelin adlı bir maddədir. Miyelin neyronların aksonlarını əhatə edir və telin plastik örtüyünə bənzər bir izolyator və ya keçirici rolunu oynayır. Əgər həyatın erkən dövründə miyelin istehsalında çatışmazlıqlar görsək, çox güman ki, sinir əlaqələrində də çatışmazlıqlar görürük. Araşdırmalar göstərir ki, uşaq ekranda nə qədər çox vaxt keçirsə, ağ maddə itkisi bir o qədər çox olur. Professorun sözlərinə görə, “Gündə cəmi 2 saat kimi qısa bir müddətin dil inkişafı və nəticə etibarilə savadlılıqla əlaqəli ağ maddə üzərində bu qədər dərin təsir göstərə biləcəyini o an ağlıma gətirməmişdim. Açığını desəm, bu, tam bir şok idi”.Beyindəki bu dəyişikliklər qalıcıdır, yoxsa zamanla bərpa oluna bilər?Valideynlər agah olması üçün hansı əlamətlərə diqqət etməlidir?

Nevroloq-həkim Leyla Ələkbərova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ağ maddə sadəcə zəif inkişaf edir: “Uşaqların beyni neyroplastikdir və ağ maddə davamlı inkişaf edir. Ekran qarşısında vaxt keçirmək ağ maddəni zədələmir, sadəcə onun inkişafını zəiflədə bilər - xüsusilə diqqət, nitq, öyrənmə və davranış sahələri. Bu hal geri dönməyən bir proses deyil; sadəcə ekranı gün ərzində məhdudlaşdırmaq lazımdır. Gündə 1,5-2saat, o da fasilələrlə.

Uşaqlara canlı ünsiyyət, eyni zamanda aktiv oyunlar və aktiv həyat tərzi vacibdir. Ekran istifadəsi uşaqlarda asılılıq yaradır, bu səbəbdən uşaq ekrandan uzaq qaldıqda əsəbi və aqressiv olurlar. Valideynlər övladlarını minimal dərəcədə ekran qarşısında otuzdurmalıdırlar. Hər hansı bir narahatlıq hiss etdikdə uşaq nevroloquna müraciət etməlidirlər. Uşaqların gündəlik rutini baxça, sonra təmiz hava, axşam isə valideynləri ilə vaxt keçirməsi məsləhətdir”-deyə Leyla Ələkbərova.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
50
bizimyol.info

10Sources