EN

Maliyyə Nazirliyinə qarşı dələduzluq edənlərin məhkəmə işi

Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Əzimov Elnur, Adgözəlov Emin və Qarayev Nazimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Elnur Əzimov ifadə verib. 

"Günel adında bir xanımla şəxsi münasibətlərim var idi. O, Şamil Kamil oğlu ilə əlbir olaraq çek çap edib satırdılar. Mən bu işlərlə heç bir əlaqəm yoxdu. Mənlə bir yerdə təqsirləndirilən şəxslərin heç birini tanımıram. İstintaqda verdiyim ifadə mənim deyil. Atılan imza da mənim deyil".

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib. 

Xatırladaq ki, Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.

 Nazim Qarayev, Emin Adıgözlov və Elnur Əzimov Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) 193.1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Chosen
10
2
unikal.az

7Sources