TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun kadr siyasəti artıq cəmiyyətdə çox ciddi narazılıq doğurub.
Səhv təyinatlar, peşəkarlıq prinsiplərinin tamamilə gözardı edilməsi, səhiyyə idarəçiliyinə vətəndaş etimadını sarsıdır. Xüsusilə diqqət çəkən məsələ Bəhmən Kərimovin – Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin inzibati məsələlər üzrə direktor müavini və nəqliyyat sektorunun kuratoru – təyinatıdır.
Paytaxt.org-a daxil olan məlumata görə, bu şəxsin nə texniki, nə də nəqliyyat sahəsi üzrə ixtisas təhsili yoxdur. Yəni avtomobilin "detallarını tanımayan", nəqliyyat sisteminin quruluşunu bilməyən bir insan necə göstəriş verə bilər?
