EN

Azərbaycanla sülh prosesini müzakirə etdilər

Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin mülki missiyasının yeni rəhbəri Satu Koivu ilə Azərbaycanla sülh prosesini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Paşinyan Koivunu təyinatı münasibətilə təbrik edərək, Aİ Monitorinq Missiyasının Ermənistandakı fəaliyyətinin vacibliyini qeyd edib.

O bildirib ki, Ermənistan-Aİ münasibətləri dinamik şəkildə inkişaf edir və Brüssel ölkədə demokratik institutların inkişafına dəstək verir.

Koivu isə Ermənistan hökuməti ilə sıx əməkdaşlığın və aktiv dialoqun davam edəcəyinə ümid etdiyini ifadə edib.

Qeyd olunub ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regionda sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Aminə ŞAHSUVARQIZI
 

Chosen
26
redaktor.az

1Sources