EN

İsraildə fələstinlilərə yönəlik edam cəzasının bərpasına beynəlxalq səviyyədə ETİRAZ! Bu milli ayrı seçkilikdir...

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail parlamentinin 62 lehinə, 48 əleyhinə səslə qəbul etdiyi edam cəzası qanunu insan haqları, beynəlxalq cinayət və humanitar hüquqa zidd hesab olunur. Qanun fələstinlilərə apellyasiya hüququ vermir və ölüm hökmünün çıxarılması üçün hakimlərin yekdil qərarını deyil, sadə səs çoxluğunu kifayət sayır. Mətnin xüsusilə elə tərtib olunduğu qeyd olunur ki, bu cəza əsasən yalnız fələstinlilərə tətbiq edilsin, hətta ehtiyatsızlıqdan adam öldürmə hallarında belə onların edam edilməsinə imkan yaradılsın.

Tənqidlərə görə, qanun açıq şəkildə ayrı-seçkilik yaradır, çünki digər zorakılıq formaları və ya yəhudi radikallar bu çərçivəyə daxil edilmir. İsrail məhkəmələrində fələstinlilər üzrə çox yüksək məhkumluq faizinin olması da bu cür qərarların ədalətliliyini sual altına qoyur. Ümumilikdə bu addım dünyada ölüm cəzasının tədricən ləğvi istiqamətindəki beynəlxalq meyllərə zidd kimi qiymətləndirilir.

Beynəlxalq hüquq baxımından BMT sənədləri ölüm cəzasının məhdudlaşdırılmasını təşviq edir, Avropa hüquq sistemi isə onu tam qadağan edir. Cenevrə Konvensiyası isə ölüm cəzası ilə bağlı apellyasiya və digər hüquqları təmin etməyi tələb edir. Bundan əlavə, müasir beynəlxalq cinayət məhkəmələrində edam cəzası artıq tətbiq olunmur. Bu səbəbdən qəbul edilən qanun həm hüquqi, həm də etik baxımdan ciddi tənqid olunur və geriyə addım kimi dəyərləndirilir.

Aytac,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
2
sitat.info

3Sources