EN

Ehtiyac olmasa da: “Xaricdən gətirilən işçilərə yüksək maaş verilir”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda əmək miqrasiyası sahəsində ikitərəfli sazişlərin hazırlanması nəzərdə tutulur. 

Eyni zamanda, əməyin mühafizəsi sahəsində beynəlxalq standartlar əsasında yeni dövlət standartlarının təsdiq edilməsi planlaşdırılır. Bu prosesin cari ilin iyul ayına qədər yekunlaşdırılması gözlənilir. Bundan başqa, işçilərin hüquqlarının qorunması məqsədilə "Əmək və məşğulluq" altsisteminin funksionallığının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək. 

Özünüməşğulluq proqramı çərçivəsində mövcud dəstək mexanizmlərinin təkmilləşdirilməsi və ya yeni mexanizmlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması da planlaşdırılır. Həmin tədbirlərin cari ilin sonuna qədər icrası nəzərdə tutulur. 

Bütün tədbirlərin icrasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. İndiki halda Azərbaycanın xaricdən gələn işçi qüvvəsinə ehtiyacı varmı? Əgər belə bir ehtiyac mövcuddursa, bu, daha çox hansı sahələrdə özünü göstərir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, insanlar yaxşı iş yeri tapmaqda əziyyət çəkirlər: 

“Ümumilikdə Azərbaycanda xaricdən gələn işçiyə ehtiyac yoxdur. Bizdə işçi qüvvəsinin çatışmazlığı yoxdur, vəziyyət Rusiya, Almaniya, Kanadadakı kimi deyil. Çünki iş yerləri yoxdur. O vaxt işçiyə ehtiyac olar ki, əməkhaqqı yüksək olsun. Yəni işçiyə ehtiyac o halda bilinir ki, iş yeri var, işçi yoxdur, əməkhaqqı səviyyəsi artır. 

Yüksək ixtisaslı texniki və mühəndislik sahələrində kadr qıtlığı var. Hazırda insanlar yaxşı iş yerləri tapmaqda əziyyət çəkirlər. İş yerlərinin çoxluğu və azlığı əməkhaqqı səviyyəsi ilə müəyyən olunur. Məsələn, bir şey çox olanda, qiyməti aşağı olur, az olanda, qiyməti qalxır. Yəni bazarda da vəziyyət belədir, iş axtaran çoxdur, iş təklifi azdır deyə orta aylıq əməkhaqqı səviyyəsi aşağıdır. İş yerləri çox olsa, tələb çox olsa, əməkhaqqı səviyyəsi yüksələr”. 

Ekspert qeyd edib ki, ümumilikdə Azərbaycanda xaricdən gələn işçiyə ehtiyac olmasa da, xüsusi sahələrdə - texniki, mühəndislik və İT sahələrində yüksək ixtisaslı mütəxəssislərə ehtiyac duyulur: 

“Əsasən ölkəmizdə xaricilərin çalışdığı sahələr enerji, İT sahəsi, infrastruktur-idarəetmə və maliyyə sahəsidir ki, xarici işçiləri görürük. Amma ümumilikdə ölkəmizdə xaricdən gələn işçiyə ehtiyac yoxdur, xüsusi sahələrdə yüksək ixtisaslı kadrlara ehtiyac duyulur və yüksək əməkhaqqı ilə də xaricdən gətirilir”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

işçi Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
cebheinfo.az

2Sources