EN

Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb, sakinlərə açarlar təqdim olunub.

"Far.Az"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə şəhərə 64 (253 nəfər), rayona isə ümumilikdə 201 ailənin (762 nəfər) daimi qayıdışı təmin edilib.

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

"Far.Az"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Far.Az"un Füzuliyə ezam edilən əməkdaşı xəbər verir ki, bu gün Xocavənd şəhərinə daha 64 ailənin (253 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar.

Chosen
11
2
far.az

10Sources