Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İspaniyadan sonra İtaliya da ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı hərbi planlarına məhdudiyyət qoyub.
Rəsmi Roma, ABŞ hərbi təyyarələrinin Siciliyadakı bazaya eniş üçün etdiyi müraciəti rədd edib.
"Corriere della Sera" nəşrinin məlumatına görə, İtaliya Orta Şərq əməliyyatlarında iştirak etmək üçün hərəkət edən ABŞ təyyarələrinin Siciliya ərazisində yerləşən hərbi bazaya enişinə icazə verməyib.
İtaliya ordusunun apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, bu uçuşlar logistik və ya rutin xarakter daşımır, birbaşa İranla bağlı hərbi əməliyyatlarla əlaqəlidir. Bu səbəbdən Roma hökuməti parlament nəzarəti və rəsmi təsdiq olmadan təqdim edilən gizli uçuş planlarını ikitərəfli razılaşmalara uyğun hesab etməyərək ABŞ təyyarələrinin enişinə icazə verməyib.
Bundan əvvəl İspaniya da oxşar addım ataraq ABŞ-nin hərbi fəaliyyətlərinə məhdudiyyət qoymuşdu. İspaniya hökuməti Rota və Moron hava bazalarını yanacaq doldurma və döyüş uçuşları üçün bağlayıb, həmçinin hava məkanını əməliyyatda iştirak edən bütün qüvvələrə tam şəkildə qapadıb.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.