Kollektiv Qərb ölkələri bərabərlik və ədalətə əsaslanan yeni çətinliklərin öhdəsindən gəlmək məsələlərində qlobal çoxluğun ölkələri ilə "qarşıdurmaya" giriblər.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Beynəlxalq İşlər Şurasının Ümumi İclasında bildirib.
Onun sözlərinə görə, Qərb bununla İkinci Dünya Müharibəsindən (1939-1945) sonra razılaşdırılmış BMT Nizamnaməsinin prinsiplərinə qarşı çıxır.
Həmin görüşdə Lavrov ABŞ-nin İrandakı münaqişə kontekstində beynəlxalq hüquqa münasibətini "iki addımlı strategiya" adlandırıb.
Rusiya xarici işlər naziri həmçinin bildirib ki, ABŞ və İsrail Körfəz Ərəb dövlətlərini İrana qarşı qaldırmağa çalışırlar.
Diplomat vurğulayıb ki, Rusiya harada olursa olsun, mülki şəxslərə və mülki infrastrukturlara qarşı hərbi güc tətbiqini qəbuledilməz hesab edir.
Aminə ŞAHSUVARQIZI