EN

İran böhranında G7 ölkələri acizdir KİV

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

G7 ölkələrinin Yaxın Şərq böhranındakı inkişafları izləməkdən başqa çarəsi yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Böyük Britaniyanın maliyyə və enerji nazirliklərinin və mərkəzi banklarının rəhbərləri cavab tədbirlərini əlaqələndirmək üçün birgə görüş keçiriblər.

Məlumata görə, ölkələr görüşdən sonra enerji ixracını məhdudlaşdırmamağa çağıran bəyanat yayıblar. Qeyd olunub ki, müraciət Rusiya və Çinə ünvanlanıb.

Qəzetin görüşdə iştirak edən mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-İsrail arasında İranda mümkün hərbi əməliyyatların vaxtı ilə bağlı qeyri-müəyyənlik nazirlər arasında narahatlıq doğurur. Nəşr bildirir ki, Aİ-dəki siyasətçilər qəti addımlar ata bilmirlər, çünki keçmiş böhranlar onları xərcləri daha da azaltmağa məcbur edib.

Aminə ŞAHSUVARQIZI

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
redaktor.az

2Sources