EN

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Növbəti

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib.

Bu gün Xocavənd şəhərinə 64 ailə olmaqla 253 nəfər köçürülüb. Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyib, qazilərə can sağlığı arzulayıblar.

Chosen
14
5
1news.az

10Sources